TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi (İTM) daha bir tenderinə yekun vurub.
Tribuna.az xəbər verir ki, qurum bu dəfə tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş qeyri-steril əlcəklərin alışını həyata keçirib.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “XANNİ-2017” MMC olub. Tərəflər arasında bağlanılmış müqavilənin dəyəri isə 2 milyon 283 min 524 manat təşkil edib.
Bildirək ki, İTM bu məbləğə müxtəlif ölçülü 431 min qutu əlcək alacaq.
Fərda Uğur









