Rusiyanın “Avrasiya” təşkilatı davamlı olaraq Qarabağdan könüllü olaraq köçmüş ermənilərə humanitar yardım göndərməyə davam edir.
Tribuna.az xəbər verir ki, dünən daha 140 ton yardım onlara çatdırılıb.
Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə bu yardımlara gərək olmadığını bəyan edib. Hətta bir qədər əvvəl bundan qəti şəkildə imtina edib. Lakin ruslar dayanmırlar. Onlar Qarabağ ermənilərindən “qaçqın” düzəldərək, gələcəkdə onların imkanlarından istifadə etməyə çalışırlar.
Azərbaycan atalar sözündə olduğu kimi: “İt əl çəkdi, motal əl çəkmədi”.
Fərda Uğur









