İsveçrəli deputatlar İrəvanda separatçılarla görüşüb

İsveçrəli deputatlar İrəvanda separatçılarla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən separatçıların müvəqqəti rəhbəri Aşot Danelyan İsveçrə Milli Şurasının üzvləri Erix Fontobel və Stefan Müller Altemat, eləcə də “Xristian Həmrəyliyi Beynəlxalq” (XHB) insan haqları təşkilatının prezidenti Con Aibner, həmin təşkilatın nümayəndələri Joel Veldkamp və Peter Fuks ilə görüşüb.

Tribuna.az xəbər verir ki, həmin görüş İrəvanda baş tutub.

Görüşdə Danelyan özünü “Artsax prezidenti” kimi təqdim edib. Əsas müzakirə mövzusu isə ermənilərin Qarabağa qayıdış məsələsi olub.

P.S. İsveçrəli deputatların separatçılarla görüşü Azərbaycanın ərazi bütövlüyünü “şübhə altına” almaq və tanımamaqdır. Rəsmi Bakı buna şübhəsiz reaksiya verəcək.

Fərda Uğur