İstedadlı uşaqlar çoxdur, amma təəssüf ki… – Sabiq deputat

İstedadlı uşaqlar çoxdur, amma təəssüf ki… – Sabiq deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istedadlı uşaqlar saysız- hesabsızdır. Təəssüflər olsun onların idmana, elmə və sənətə maraqlarını vaxtında oyada bilmirik.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə sabiq deputat, təhsil eksperti Etibar Əliyev çıxış edib.

O bikdirib ki, uşaq futboluna diqqət artırmalıyıq:

“Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi yığmasında yer alıb.

Bəhlul Mustafazadə “Ayntraxt” ilə oyunun sonuncu saniyələrində vurduğu fantastik qolla tarixə düşüb. Bu iki parlaq nümunə onu göstərir ki, özümüzün potensialı çox güclüdür. Sadəcə uşaq futboluna diqqəti artırmalıyıq.

Özümüzün vurduğu qol daha möhtəşəm görsənir.

Azərbaycanda istedadlı uşaqlar saysız-hesabsızdır.

Təəssüflər olsun onların idmana, elmə və sənətə maraqlarını vaxtında oyada bilmirik. Bəlkə də minlərlə istedadlı və dahilik keyfiyyətinə malik olan uşaqları elmdən azdırmışıq…

Elə bir dövrə gəlib çatmışıq ki, bütün istedadlılar mütləq qayğı ilə əhatə olunmalıdır”.

Gülşən Rəsul