İsrailli analitik: “Ermənistan İsrail üçün potensial təhlükədir”

İsrailli analitik: “Ermənistan İsrail üçün potensial təhlükədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan İranın müttəfiqidir, bu İsrail üçün potensial təhlükəsizlik təhdididir”.

Tribuna.az xəbər verir ki, bunu İsrailli analitik Şimon Beriman deyib.

Onun sözlərinə görə, İsrailin Azərbaycana münasibəti ilə Ermənistana münasibəti arasında əsaslı fərq var. “Təl-Əviv-Bakı xətti bizim üçün həmişə prioritetdir. Təl-Əviv-İrəvan xətti bir çox səbəblərə görə yalnız üçüncü dərəcəli marşrutdur”.

Beriman qeyd edib ki, İsrailin Azərbaycanla strateji tərəfdaşlığı, eyni zamanda ümumi geosiyasi və kommersiya maraqları var. “Ermənistan daha çox antisemitdir. Onların sosial şəbəkələrində bunu aydın görmək olar. Bu riskli məsələdir”.

O yekunda bildirib ki, Azərbaycanla İsrail münasibətləri çətin sınaqlardan keçib. “Bunun daha da möhkəmlənməsi üçün hər cür şansa malikdir”.

Fərda Uğur