İsraildən Türkiyəyə minnətdarlıq

İsraildən Türkiyəyə minnətdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Xarici İşlər Nazirliyi İstanbulda ölkə konsulluğu yaxınlığında baş verən silahlı insidenti pisləyib.

Tribuna.az xəbər verir ki, bu barədə İsrail XİN-in “X” hesabında paylaşım edilib.

“Bu gün İstanbulda İsrail konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. Türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. Dünya üzrə İsrail nümayəndəlikləri saysız-hesabsız təhdidlərə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün İstanbulda İsrail konsulluğununun da yerləşdiyi binanın qarşısında 3 silahlı şəxs polislərə hücum edib. Hadisə nəticəsində 2 polis yaralanıb. Hadisəni törədən bir nəfər zərərsizləşdirilib, digə ikisi isə yaralı olaraq ələ keçirilib.