ABŞ-İran danışıqları fonunda İsrail tərəfinin tədriginlikləri artmağa başlayıb.
Tribuna.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netenyahu fevarlın 11-də Vaşinqtona səfər edəcək.
Son bir ildə 5 dəfə Ağ Evi ziyarət edən Netenyahunun müzakirə edəcəyi əsas məsələ isə İranla bağlı olacaq. Xüsusən də atom bombası və ballistik raketlər məsələsi prioritet mövzu olacaq.
“Jerusalem Post” qəzeti isə İran məsələsi ilə bağlı Təl Əvivin Ağ Evə xəbərdarlıq etdiyini yazıb. “İsrail tərəfi ABŞ-a xəbərdarlıq edib ki, əgər Ağ Ev İranla anlaşsa və İran ballistik raket proqramında müəyyən edilmiş qırmızı xətti keçərsə, İsrail birtərəfli qaydada hücuma start verəcək”.
Fərda Uğur









