40 günlük müharibə zamanı İran və Livandan atılan minlərlə raket və mərmi İsrailə ciddi ziyan vurub.
Tribuna.az bildirir ki, ölənlərin sayı 42-yə çatıb.
İranın birbaşa zərbələri nəticəsində 22 nəfər, döyüşdə 12 əsgər, öz qoşunlarının atəşindən bir mülki şəxs və müharibə ilə əlaqəli qəzalar və ya tibbi insidentlər nəticəsində 7 nəfər həlak olub.
“The Times of Israel” qəzetinin məlumatına görə , Səhiyyə Nazirliyi müharibənin başlanğıcından bəri 7451 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirir.
Yaralılar arasında həm hərbçilər, həm də mülki şəxslər var.
Həsən Ağa









