İsrail İrana qarşı hücuma hazırlaşır: Bu dəfə “səssiz”

İsrail İrana qarşı hücuma hazırlaşır: Bu dəfə “səssiz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail İranda rejimi dəyişmək üçün ciddi hazırlıqlara başlayıb. Tribuna.az xəbər verir ki, bu ölkənin keçmiş baş naziri Naftali Bennett İran xalqına müraciət edərək, onlara bu məsələdə dəstək verəcəyini bildirib.

O deyib ki, İranda rejimi dəyişmək üçün ətraflı plan hazırlamışıq. “İrandakı rejimi devirməyə kömək etmək üçün ətraflı bir plan hazırlamışıq. Ümidinizi itirməyin. Ayətullahları devirmək üçün sizə hər cür yardımlar edəcəyik”.

İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman isə bu məsələ ilə bağlı MOSSAD-a müraciət edib. “Bundan sonra Mossad yalnız bir missiyaya diqqət yetirməlidir: İranda hökuməti devirmək. Hamımız ABŞ-İran razılaşmasının nəticələrini başa düşürük və bu səbəbdən bu siyasi fəlakətə cavab hazırlamalıyıq”.

Fərda Uğur