İsrail-İran savaşı dayandı: Bəs sonra?

İsrail-İran savaşı dayandı: Bəs sonra?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və İran arasında baş qaldırmış müharibə dayanıb.

Tribuna.az xəbər verir ki, ötən gün SEPAH-ın Xatəm əl-Ənbiya Ordusunun komandanlığı prosesə yekun vurduqlarını bəyan edib.

Komandanlıq həmçinin bildirib ki, əgər İsrail Livana yenidən hücum edərsə, raket hücumlarına start verəcəklər.

İsrailin baş naziri Benyamin Netanyahu da təsdiq edib ki, ABŞ-ın təklifi əsasında müharibəni dayandırıblar. Lakin o, “Hizbullah və İrana qarşı mübarizəmiz hələ bitməyib” bəyanatını da verib.

Bu əsnada, İran tərəfi son hücumlar məsələsində ABŞ-ın razılığının olduğunu istisna etməyib. Lakin buna rəğmən, Vaşinqtonla danışıqlara davam edəcəklərini də vurğulayıblar. İranın XİN mətbuat katibi ismayıl Bəqayi bildirib ki, ABŞ-la mesajlaşma davam edəcək. “Lakin son hadisələr etimadsızlığı daha da artırıb”.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr isə açıq təhdid tonu ilə danışıb. O bəyan edibv ki, “Düşmən öz səhvini təkrarlayarsa, İran silahlı qüvvələri bölgəni cəhənnəmə çevirəcək”.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf da atəşkəsin artıq olmadığını vurğulayıb.  “Tehran atəşkəs rejiminin yalnız kağız üzərində mövcud olduğu və praktikada müntəzəm olaraq pozulduğu tənliyi məhv edib. İran təcavüzə raket zərbələri ilə cavab verməyə davam edəcək”.

Fərda Uğur