İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

İsmayıllıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayılda iki minik avtomobili toqquşub.

Tribuna.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uştal kənd ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi “Ford” markalı avtomaşınla 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomaşının toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomaşında sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.

Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər-Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.