İsfahanda etirazlar qanla yatırıldı: 100-ə yaxın insan öldürülüb

İsfahanda etirazlar qanla yatırıldı: 100-ə yaxın insan öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün öncə İsfahan şəhərində sözün həqiqi mənasında faciə yaşanıb.

Tribuna.az xəbər verir ki, şəhərdə 6 məhbusun edam edilməsi elanından sonra insanlar mərkəzi meydana axışıblar.

Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın görünür ki, insanlar edam prosesini dayandırmaq üçün ciddi cəhdlə çalışsalar da, əraziyə cəlb edilmiş xüsusi təyinatlı qüvvələrin müqaviməti ilə üzləşiblər.

Gələn xəbərlərdə bildirilir ki, etirazçılarla xüsusi təyinatlılar arasında qarşıdurma yekunda qanlı olayla nəticələnib. Belə ki, İrandakı rejimin əraziyə cəlb etdiyi silahlı cəza dəstələri insanlara atəş açıb. İlkin məlumata görə, ölənlərin sayı 100 nəfəri keçib.

Hazırda İsfahan şəhərinə giriş-çıxış məhdudlaşdırılıb. Həmçinin şəhərdə xüsusi postlar qurulub. İnternet isə kəsilib.

Tribuna.az xəbər verir ki, dünəndən etibarən sosial şəbəkələrin İran seqmentində insanlar İsfahanda baş vermiş qanlı hadisənin cəzasız qalmaması üçün çağırışlar etməyə başlayıblar. Onlar bütün şəhərləri dəstək məqsədi ilə etiraza qalxmağa çağırırlar.

Fərda Uğur