İşdən çıxarılan icra başçısı 12 il azadlıqdan məhrum edilə bilər

İşdən çıxarılan icra başçısı 12 il azadlıqdan məhrum edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi – rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər”.

 Tribuna.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, icra başçısı ilə bağlı məsələdə bir neçə meyar öz əksini tapır: “Külli miqdardan, o cümlədən hədə-qorxu ilə tətbiq olunmadan söhbət gedir. Bütün bu faktlar üzə çıxsa, Elxan İbrahimovu 12 il həbs cəzası gözləyə bilər”.