Məlum olduğu kimi, ABŞ-ın vitse prezidentinin Bakıya səfəri zamanı Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq edəcəklərini açıqlayıb.
Tribuna.az xəbər verir ki, həmin əməkdaşlıq sahələrindən biri də Xəzər hövzəsinin təhlükəsizliyinin təmin edilməsidir.
Qeyd edək ki, ABŞ bu məqsədlə Azərbaycana bir neçə hərbi təyinatlı qayıqlar verəcəyini bəyan edib. Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə ABŞ-ın hansı konkret qayıqları təchiz edəcəyinin hələ də bəlli olmadığını deyib: “Əvvəlcə onların nə ilə təchiz olunduğunu anlamalıyıq: hansı növ raketlər, hansı radar sistemləri və hansı hava hücumundan müdafiə sistemləri”.
İsazadə vurğulayıb ki, Xəzər dənizinin dünya okeanlarından təcrid olunması səbəbindən böyük gəmiləri Azərbaycana göndərmək mümkün deyil.
Fərda Uğur










