İş adamının oğlu icarəyə götürdüyü Bentley ilə qəza törədib qaçdı

İş adamının oğlu icarəyə götürdüyü Bentley ilə qəza törədib qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bentley ilə yol qəzası törədilməsi və hadisə yerindən yayınma iddiası araşdırılır.

Tribuna.az xəbər verir ki, bakues.az-a daxil olan şikayətə görə, şirkət rəhbərlərindən biri olduğu bildirilən Azər Talıb oğlu Əlixanbəyovun oğlu Furkan Azər oğlu Əlixanbəyov “rent a car” xidməti vasitəsilə götürdüyü Bentley markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəza törədib və hadisə yerindən uzaqlaşıb.

İddialara əsasən, baş verən qəzadan sonra icarəyə götürülmüş avtomobilə dəyən zərərin və icarə ödənişlərinin ödənilməsi ilə bağlı problemlər yaranıb. Bildirilir ki, Furkan Əlixanbəyovun atası Azər Əlixanbəyov və onun köməkçisi olduğu qeyd edilən Ramin adlı şəxs ödənişlərin edilməyəcəyini bildiriblər.

Məlumata görə, məsələ ilə bağlı tərəflər Bakı şəhəri 18-ci Polis Bölməsinə dəvət olunublar. Hazırda fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.