İrəvandakı sammitdən İran niyə narahat olub?

İrəvandakı sammitdən İran niyə narahat olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti İranda da müəyyən müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, Tehran bu tədbirdən məmnun görünmür.

Hətta bəzi hallarda özü üçün təhdid mənbəyi kimi yanaşdığını da qeyd edir. Məsələn, Azərbaycan əleyhinə sistemli olaraq kampaniya aparan və İran dövləti tərəfindən maliyyələşən “Səhər” TV kanalı bununla bağlı “Avropanın İrəvan addımı: Cənubi Qafqazda yeni siyasi siqnallar müşahidə olunur” başlıqlı məqalə ilə çıxış edib.

Telekanalın rəsmi səhifəsində yayınlanan məqalədə deyilir ki, Avropa siyasi dairələrinin Ermənistanda toplantı keçirməsi, Cənubi Qafqazda güc balansının dəyişməsi fonunda həm Bakıya, həm Moskvaya və həm də İrəvana yönəlik çoxqatlı mesajlar daşıyır. “İrəvanın Avropa üçün siyasi platforma kimi seçilməsi 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlarla birbaşa bağlıdır”.

TV qeyd edir ki, sammitdə Azərbaycan üçün də mesajlar var. “Azərbaycan üçün verilən əsas mesaj da budur ki, Avropa Bakı ilə yalnız enerji tərəfdaşı kimi deyil, sülh sazişi və sərhəd təhlükəsizliyi kimi mövzularda öz rolunu artırmağa çalışacaq . Avropanın İrəvan üzərindən aktivləşməsi həmçinin, Bakıya “regiondakı oyunlar yalnız sizinlə və Moskva ilə məhdud deyil” mesajını verir”.

Fərda Uğur