İrəvan uçurdu, təcili Ankaraya endi – baş nazir niyə müxalifətlə görüşmədi?

İrəvan uçurdu, təcili Ankaraya endi – baş nazir niyə müxalifətlə görüşmədi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın baş naziri Pedro Sançes Ermənistandakı zirvə görüşünə yola düşərkən təyyarəsində texniki problem yaranıb və təcili Türkiyəyə eniş edib.

Tribuna.az məlumat verir ki, ispan baş nazirin təyyarəsi paytaxt Ankaraya gəlib. Bunun ardınca CHP başqanı Özgür Özel hökumət başçısı ilə görüşmək istəyib. Lakin baş nazir bu təklifi qəbul etməyib. Hətta CHP lideri bildirib ki, Sançes baş nazir statusunda deyil, “Sosintern”in başqanı kimi görüşsün. Amma bu arzusu da rədd edilib. Gecəni Ankarada qalan Sançes bu gün səhər İrəvana uçub. Görünür ki, baş nazir Ərdoğan iqtidarı ilə münasibətlərə kölgə salmamaq üçün müxalifət lideri ilə görüşmək istəməyib.

Həsən Ağa