İrəvan separatçıların qalıqlarını təmizləməyə hazırlaşır

İrəvan separatçıların qalıqlarını təmizləməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, özünü separatçıların “parlament”inin rəhbəri kimi təqdim edən Aşot Danelyan ötən gün istefa verib.

Tribuna.az xəbər verir ki, o, bu addımı Ermənistanda yaranmış yeni reallıqla əsaslandırıb.

Lakin İrəvanda nəşr olunan “Hraparak” qəzeti yazıb ki, Ermənistan hakimiyyəti Qarabağdan qaçmıış separatçıların qalıqlarını da tamamilə məhv etmək qərarı verib. “Aşot Danelyanın istefası prosesin yeni mərhələsidir. Yaxın günlərdə “dqr”in “parlamenti” ləğv ediləcək. Ora yeni seçkilər keçirilməsinə icazə verilməyəcək”.

Qəzet yazıb ki, analoji durum qondarma “prezident”in seçilməsini də gözləyir. “Həmçinin Qarabağın “prezident”i də seçilməlidir. Bunun üçün 17 “deputat”ın səsi lazımdır. Lakin onların böyük qismi qorxularından bu addımı atmayacaqlar. Çünki hamısına təlimat verilib ki, sakitcə otursunlar”.

Fərda Uğur