İrəvan demarkasiya məsələsini ictimai müzakirəyə çıxardı

İrəvan demarkasiya məsələsini ictimai müzakirəyə çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası məsələsi ilə bağlı İrəvan daha bir addım atıb.

Tribuna.az xəbər verir ki, artıq Ermənistanın Ədliyyə Nazirliyi bununla bağlı daha bir məsələni ictimai müzakirəyə təqdim edib.

İrəvanda yayınlanan  “Fakt” qəzeti bildirib ki, bu ölkənin Ədliyyə Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyasına dair sənədlərin hazırlanması və dərc edilməsi qaydası, dövlət sərhədinin demarkasiyası xəritəsinin yaradılması qaydası və dövlət sərhədinin demarkasiyası zamanı demarkasiya üzrə ekspert qruplarının iş qaydası haqqında qaydaların təsdiq edilməsi haqqında” layihəni ictimai müzakirəyə təqdim edib.

Layihənin tam mətni bu gün yerli meddiada dərc olunacaq.

Fərda Uğur