“Tehran və İrəvan arasında Naxçıvan marşrutu üzərindən dəmir yolu əlaqəsinin qurulması əsas prioritetdir”.
Tribuna.az xəbər verir ki, bu fikirləri İranın Ermənistandakı səfiri Xəlil Şirqulami səsləndirib.
Onun sözlərinə görə, Naxçıvan üzərindən dəmir yolu xəttinin çəkilməsi və bu marşrutun Qara dənizə qədər uzadılması xüsusi əhəmiyyət daşıyır.
Şirqulami daha sonra bildirib ki, İran Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyir. “Bölgədə davamlı sülh yalnız dövlətlərin suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə və qarşılıqlı hüquqlara hörmət əsasında mümkün ola bilər”.
O, həmçinin TRIPP layihəsində ABŞ şirkətlərinin iştirakından narahat olduqlarını da qeyd edib.
Fərda Uğur









