İranlı səfir: “Azərbaycan ayıq-sayıq olmalıdır”

İranlı səfir: “Azərbaycan ayıq-sayıq olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“12 günlük müharibənin təcrübəsinə əsaslanaraq, İran vaxtından əvvəl və natamam atəşkəsə razılaşmayacaq. Atəşkəslə bağlı hər hansı bir razılaşma təcavüzkarlıq zəmanətlərinə əsaslanan yazılı sənəd olmalı və İrana dəyən ziyan məsələsinin aydın şəkildə həllini də özündə əks etdirməlidir”.

Tribuna.az xəbər verir ki, bu fikirləri İranın Ermənistandakı sədiri Xəlil Şirqulami NEWS.am saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu müharibədə İranla qonşuları arasında problem yaratmağa yönəlmiş çoxsaylı yanlış təxribatçı hərəkətlərin şahidi olublar. “Oxşar hadisələr Naxçıvan, Oman, Səudiyyə Ərəbistanı və Türkiyədə də baş verib. Türkiyəyə düşən raketlərə də bu kontekstdə baxılmalıdır”.

Şirqulami Naxçıvana edilən PUA hücumunun birgə araşdırılmasını zəruri bilib. “Azərbaycanla yaranan anlaşılmazlıq həll olunub. İran tərəfi bir daha bildirir ki, Azərbaycan tərəfi İranın düşmənlərinin təsirinə düşməməli və dağıdıcı və təhlükəli oyuna girməməlidir”.

Səfir qeyd edib ki, İran Cənubi Qafqazın təhlükəsizliyini və sabitliyini qorumağı öz vəzifəsi hesab edir və ABŞ və İsrail elementlərinin mövcudluğu regional təhlükəsizlik və sabitliyə xələl gətirir. “Buna görə də Azərbaycan çox ayıq-sayıq olmalıdır. Bəlkə də qeyd olunan təxribatların məqsədi məhz Azərbaycan və Türkiyəni münaqişəyə cəlb etmək idi. Buna görə də, bu ölkələr ehtiyatlı olmalıdırlar”.

Şirqulami Azərbaycan Prezidentinin “Ərazimizdən heç bir halda İrana qarşı müharibədə istifadə olunmayacaq” bəyanatına da reaksiya verib. “Ümid edirik ki, bu tam şəkildə yerinə yetiriləcək. İran tərəfinin sözlərinə görə, hazırda Azərbaycan ərazisi müharibə zamanı İrana qarşı istifadə edilməyib. Bu, həm də həmin ölkənin təhlükəsizliyinin və sabitliyinin qorunmasına töhfə verir”.

Fərda Uğur