“Zəngəzur dəhlizi yalnız iqtisadi faydalarla məhdudlaşmır. Həm də ABŞ və müttəfiqlərinin bölgədə təsir gücünü artırmaq məqsədini güdür”.
Tribuna.az bildirir ki, bu fikirlər Gilan Universitetinin professoru Seyid Məhəmməd Şəfiiyə məxsusdur.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi xüsusən enerji tranziti baxımından Azərbaycan və İran arasında balansı dəyişdirə bilər. “Tramp marşrutunun həyata keçirilməsi ilə İranın regional təsirinin məhdudlaşması riski ilə üzləşəcəyik”.
Fərda Uğur









