Hazırda ABŞ-da yaşayan, molla rejiminə qatı müxalif olan, habelə ölkədə baş verən prosesləri davamlı olaraq işıqlandıran jurnalist Məsih Əlinejat xaricdə, xüsusən də Avropada yaşayan həmvətənlərinə müraciət edib.
Tribuna.az xəbər verir ki, o, iranlıları yaşadıqları ölkələrdə İranın səfirliklərinə hücum etmələrini və onları devirərək, rəsmi Tehranı özləri təmsil etmələrinə çağırıb. Əlinejat bildirib ki, öz xalqına güllə atan tejim İranı təmsil edə bilməz.
O, buna qədər həmvətənlərinin yaşadıqları ölkələrin rəsmi qurumlarına müraciət edərək, İran diplomatlarını tanımamaları üçün addım atmalarını da istəyib. Əlinejat qeyd edib ki, bu proses fonunda səfirliklərə hücum edərək, götürmək və oradakı bayrağı “əsl İran bayrağı” ilə əvəzləmək lazımdır.
Qeyd edək ki, indiyə qədər belə hal Britaniya və Avstraliyada qeydə alınıb. Hər iki ölkədə mühacir iranlılar İran səfirliklərinə daxil olaraq, bu ölkənin rəsmi bayrağını İranın şah dövründəki bayraqla əvəzləyiblər.
Fərda Uğur









