Bu gün İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai qəribə və müzakirələrə səbəb olan addım atıb.
Tribuna.az xəbər verir ki, o, ənənəvi mətbuat konfransını XİN-in binasında deyil, Tehrandakı məktəblərdən birində təşkil edib.
Məlumatda deyilir ki, Şəhid Məhəlləti məktəbində konfransın keçirilməsi müzakirələrə səbəb olub. Bir qism iddia edib ki, XİN sözçüsü həmin məktəbin bombardmandan zədələnməsinə diqqəti çəkmək istəyib. Digər qism isə İran rəsmilərinin artıq otruduqları rəsmi binalarda təhlükəsizliyi sual altında olduğu üçün bu addımı atıblar. Həmin yanaşmaya əsasən Bəqai və ya digər İran rəsmisi mülki obyektlərdən, xüsusən məktəblərdən sığınacaq kimi istifadə edirlər. Bu isə müharibə şəraitində yolverilməz hesab olunur.
Fərda Uğur









