“İran-Azərbaycan sərhədində vəziyyət tam sabitdir. 357 kilometrlik sərhəd boyunca hər hansı bir addım və gərginlik müşahidə olunmur”.
Tribuna.az xəbər verir ki, bunu Ərdəbil əyalətinin Sərhəd Qoşunlarının komandanı, general Seyid Şahin İsmaili deyib.
O bildirib ki, Azərbaycanla ortaq sərhəd boyunca hər iki tərəf sərhədlərə nəzarət edir və hər hansı pozuntuya yol vermir. “Biz İran və Azərbaycan arasındakı ortaq sərhəddə xarici müdaxilənin təhlükəsizliyi pozmasına imkan verməyəcəyik. Sərhədlərin qorunması və təhlükəsizliyin təmin edilməsi davamlı olaraq həyata keçirilir”.
Fərda Uğur









