“Azərbaycan Türkiyə və İrana görə, İsraillə məsafə saxlayır. Bakı ona görə belə addım atır ki, bu iki dövlətə qarşı çıxmaq istəmir”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə iranlı ekspert Qəhrəman Nurani çıxış edib.
Səhər TV kanalına danışan ekspertin sözlərinə görə, “Prezident İlham Əliyev dünyada önəmli siyasi şəxsiyyətlərdən biridir. “O, Rusiyada təhsil alıb, tarix və fəlsəfə eləmləri doktorudur”.
Nurani daha sonra bildirib ki, Prezident İlham Əliyev siyasi savad və bacarıq baxımından ABŞ prezidenti Donald Trampdan üstündür. “Lakin onu da demək lazımdır ki, Prezident İlham Əliyev siyasəti Donald Trampdan heç də az bilmir. Düşünürəm ki, hətta Trampdan daha yaxşı bilir”.
Fərda Uğur









