İranlı deputat: “Müctəbanın seçilməsi gülüncdür”

İranlı deputat: “Müctəbanın seçilməsi gülüncdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün öncə İranın dini lideri seçilən Müctəba Xamineyinin müxalifləri artıq danışmağa başlayıblar.

Tribuna.az xəbər verir ki, Ali Təhlükəsizlik Şurasının rəöhbəri Əli Laricaninin şübhəli açıqlamasından sonra deputatlar da prosesə qoşulublar.

Belə ki, deputat Həmid Rəsai yerli telekanallardan birinə açıqlamasında deyib ki, Əli Xameneinin oğlu Müctəbanın bu vəzifədə xidmət etmək üçün lazımi təcrübəsi yoxdur. “Liderin oğlu onun yerinə necə gələ bilər? Bu, gülüncdür… Liderin icra təcrübəsi olmalıdır”.

Fərda Uğur