İranla yeni müharibə riski nə qədərdir?

İranla yeni müharibə riski nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İrana qarşı yeni müharibəyə başlama risklərinin nə qədər olması müzakirə mövzusudur.

Tribuna.az xəbər verir ki, Qərb siyasi dairələrindən bununla bağlı ziddiyyətli xəbərlər gəlir.

Belə ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl “üç gün sonra İranın neft infrastrukturu məhv ediləcək” açıqlaması verib. Lakin ardından bunun əksinə olan fikirlər də səsləndirib. Məsələn, o deyib ki, hazırda İranda daha yaxşı təkliflər gözləyirlər.

Bu əsnada, “Axios” saytı Trampın bəzi yüksək vəzifəli müşavirlərinin müharibə variantına qarşı çıxıblar. Onlar Hörmüz boğazının blokadasının hələlik saxlanılmalı və İran hökumətinə təzyiqi artırmaq üçün daha çox iqtisadi sanksiyalar tətbiq edilməli olduğuna inanırlar.

Lakin ABŞ-ın davamlı olaraq Yaxın Şərqə hərbi qüvvələr göndərməsi müharibə riskinin hələ də qalmasından xəbər verir.

Fərda Uğur