“Hazırkı razılaşma İranla yekun sazişə gətirib çıxmayacaq”.
Tribuna.az xəbər verir ki, bunu Demokratiyaların Müdafiəsi Fondunun icraçı direktoru Mark Dubovits bildirib.
Onun sözlərinə görə, bu mərhələ əsasən qlobal bazarlara neft tədarükünü bərpa etməyə yönəlib və daha geniş fikir ayrılıqları isə hələ də həll olunmamış qalır. “İranla yekun saziş olmayacaq. Birinci mərhələ rejimə mümkün olan ən aşağı qiymət qarşılığında neftin yenidən bazara çıxarılması ilə bağlıdır. Bu qiymətin nə olacağını qarşıdakı 30–60 gün ərzində görəcəyik”.
Dubovits deyib ki, ikinci mərhələ sazişi yoxdur. “Çox keçmədən prezident Tramp yenidən rejimin yalan vədlərinə deyil, Amerikanın gücünə arxalanacaq. Həmin vaxt strategiyaya çatışmayan bir sütun əlavə edilməlidir: İran xalqına maksimum dəstək. İqtisadi və hərbi təzyiq rejimi zəiflədə bilər. İran xalqı isə onu iflic edə bilər. Bu iki amilin birlikdə tətbiqi davamlı həllə aparan yeganə yoldur”.
Fərda Uğur









