İranın ziddiyyətli siyasəti: ABŞ-la danışıqlar fonunda “Trampı öldürün” fətvası

İranın ziddiyyətli siyasəti: ABŞ-la danışıqlar fonunda “Trampı öldürün” fətvası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əli Xameneiyə qarşı həyata keçirilən sui-qəsd cavabsız qalmayacaq. Bu cinayətin günahkarları və icraçıları vaxtı çatanda cəzalandırılacaqlar”.

Tribuna.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr deyib.

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf da analoji fikirlərlə çıxış edib. O deyib ki, dini lider Əli Xamineyinin öldürənlərdən mütləq qisas alınmalıdır. Spiker həmçinin bunun sadə bir vəd olmaması və söz xatirinə deyilməməsi lazımdır.

Bu əsnada İrandakı ayətullahların bir qismi də bununla bağlı fətva ilə çıxış ediblər. Onlar əsas hədəf olaraq ABŞ prezidenti Donald Trampı seçiblər. Din xadimləri bəyan ediblər ki, Ağ Ev rəhbəri Xamineyinin ölümündə məsuldur və onda qisas almaq şəri qanundur.

Məsələnin belə bir şəkil alması İranın ziddiyyətli siyasətindən xəbər verir. Çünki bir tərəfdən ABŞ-la danışıqlar aparan Tehran, digər tərəfdən həmin danışıq apardıqları ölkənin rəhbərini öldürməklə hədələyirlər.