İran dünən daha bir silahını nümayiş etdirib.
Tribuna.az xəbər verir ki, yeni raketin adı “Xəlice Fars” (Fars körfəzi) adlanır.
Məlumatda qeyd edilir ki, silah gəmi əleyhinə ballistik raket sinfinə daxildir. Onun hansı məsafədən hədəfi vurduğu barədə dəqiq bilgi yoxdur.
Bəzi ekspertlərin rəyinə görə, bu raketin istifadəyə verilməsi regionda hərbi balansın dəyişməsinə təsir edəcək. Onlar hesab edirlər ki, İran ilk dəfədir dəniz təyinatlı raket istehsal edir və bu, bölgə dövlətləri arasında ilkdir.
Fərda Uğur









