İran parlementinin spikeri Məhəmməd Baqer Qalibaf qəribə çağırış edib.
Tribuna.az xəbər verir ki, o, iranlıları küçələrə çıxmağa səsləyib.
Belə ki, spiker özünün X sosial şəbəkəsində yazıb: “… Bu kiçik əsgərinizin sizdən üç xahişi var: küçə, küçə, küçə”.
Siyasi analitik Meysəm Mehrani bildirib ki, spikerin bu çağırışı təəccüblü deyil. “Xarici təzyiq altında çökən hökumət zəif əməliyyat qabiliyyətini kompensasiya etmək üçün sadiq qüvvələrindən qalxan kimi istifadə etməyə çalışır”.
Fərda Uğur









