38 günlük müharibədə Yaxın Şərq ölkələri və oradakı ABŞ bazalarını hədəfə alan İranın əsas silahlarının yerin altında olduğu üzə çıxıb.
Tribuna.az xəbər verir ki, xüsusən də raket qurğularının bir çoxu əlçatmaz yerlərdə olub.
Belə ki, ABŞ və İsrail aviasiyası həmin avadanlıq və maşınların yerləşdiyi bunkerlərin koordinatlarına malik olublar. Onlardan istifadənin qarşısını almaq üçün həmin saxlancların əsas giriş-çıxış qapılarını hədəfə götürüblər. Nəticədə, raketlər və onların saxlanıldığı yerin yolunu bombalayaraq, qapıları topaq altına qoyublar.
Son peyk görüntülərinə əsasən İran artıq həmin silah və qurğuları yerin altından çıxarmaq üçün addımlar atmağa başlayıb. Ərazilərə iki buldozer və ekskavatorlar cəlb edilib. Məqsəd silahların saxlandığı gizli yerin qapısını açmaqdır.
Fərda Uğur









