İranın sabiq vitse-spikeri: “Rahatlıqla araq içə bilirsiz, nəyə etiraz edirsiz?”

İranın sabiq vitse-spikeri: “Rahatlıqla araq içə bilirsiz, nəyə etiraz edirsiz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin sabiq vitse-spikeri Əli Mütəhhəri ötən gün yerli mediaya maraqlı, həm də çox komik fikirlər səsləndirib.

Tribuna.az xəbər verir ki, o, İranda baş verən hadisələrə görə etirazçıları qınayıb.

Mütəhərri deyib ki, ölkədə nisbi azadlıqlar var. “Niyə etiraz edirsən? İndi cəmiyyət tamamilə azaddır. Qadınlar istədikləri kimi, istədikləri geyimdə çölə çıxa bilərlər”.

İşin ən komik tərəfi isə keçmiş vitse-spikerin spirtli içkilərlə bağlı dedikləri olub. “Asanlıqla araq içə bilirsiz. Hər yerdən rahatlıqla spirtli içi ala bilirsiz. Bəs, niyə bəhanələr uydurub, etiraz edirsiniz?!”

Fərda Uğur