Artıq ABŞ-İsrail-İran müharibəsindən bir aydan çox vaxt keçir.
Tribuna.az xəbər verir ki, Qərb hərbi dairələrinə belə bir fikir yaranıb ki, Tehranın hərbi gücü getdikcə azalır.
“The New York Times” qəzeti ABŞ kəşfiyyatına istinadən yazır ki, İran hücumdan bir neçə saat sonra yeraltı raket bazalarını bərpa edir və yenidən işə salırlar. Nəşr vurğulayıb ki, İranın raket ehtiyatı düşünüləndən daha çox ola bilər.
İsrailin “Kanal 5” TV-si isə yerli hərbi mənbələrə istinad edərək bildirib ki, SEPAH-ın cəmi bir neçə yüz raketi qalır. Həmin raketlərdən isə Tehranın ehtiyatla istifadə etdiyini iddia edib.
Bu müzakirələr fonunda İran tərəfi məsələyə münasibət bildirib. “Fars” Agentliyi yazıb ki, İran sözün əsl mənasında raket ehtiyatı toplayır. “Raket şəhərlərimizdən yalnız birində İsrailin elan etdiyindən üç dəfə çox raket var”.
Fərda Uğur









