Azərbaycan əleyhinə davamlı olaraq kampaniya aparan İranın “Səhər” TV kanalı Azərbaycanın Tehrandakı rejimin xaricdəki müxaliflətinə məxsus olan “İran İnternational” telekanalının ərazimizdə yayımını dayandırması barədə xəbər yayıb.
Tribuna.az xəbər verir ki, məlumata əsasən kanalın “AzərSpase” peykindəki yayınına son verilib.
“Səhər TV” bu hadisəni “Bakı səhvini düzəltdi” şəklində təqdim edib. Ardından isə qeyd edib ki, “Azərbaycanın bu hərəkəti Tehran tərəfindən yüksək qiymətləndiriləcək”. Kanalın sosial şəbəkə hesabında qeyd edilir ki, bu hadisə iranlılar arasında belə təəssürat yaradacaqdır ki, Azərbaycan dövləti müstəqil siyasət yürütməyə başlayıb. “Həm də o təsəvvürü yaradacaq ki, hazırkı münaqişədə təcavüzkar İsrail rejiminin yanında yer almaq istəmir. Həmçinin İranda ümidvarlıq yaranır ki, rəsmi Bakı “İran İnternational” kanalının ferekansını bağladıqdan sonra digər sahələrdə də İran xalqının düşmənləri ilə məsafə saxlayacaq”.
Fərda Uğur









