İran Ermənistana “Ad-08 Majid” sistemləri satıb.
Tribuna.az xəbər verir ki, qısa mənzilli hava hücumundan müdafiə sistemi dünən İrəvanda keçirilən parad məşqlərində görüntülənib.
Qeyd edək ki, bu sistemin, 2024-cü ilin iyulunda imzalandığı bildirilən gizli 500 milyon dollarlıq İran–Ermənistan silah müqaviləsi çərçivəsində əldə edildiyi bildirilir.
Həmin silah mayın 28-də İrəvanda keçiriləcək paradda nümayiş etdiriləcək.
Bildirək ki, AD-08 “yer-hava” raket sistemində istifadə edilən raket, passiv infraqırmızı görüntüləmə və termal görüntüləmə başlığını özündə birləşdirir. O, 700 m-dən 8 km-ə qədər məsafələrdə və 20 m-dən 6 km-ə qədər hündürlüklərdə hədəfləri vura bilir. Raketin kalibri 156 mm, uzunluğu 2670 mm və ümumi çəkisi 75 kq-dır.
Kompleks modifikasiya edilmiş ARAS-2 4×4 hərbi nəqliyyat vasitəsinin şassisinə də quraşdırıla bilir.
Fərda Uğur









