ABŞ prezidenti Donald Trampın İranın yeni dini lideri Müctəba Xamineyi haqqında açıqlaması bir sıra müzakirələrə səbəb olub.
Tribuna.az xəbər verir ki, Tramp “İranın yeni ali lideri Müctəba Xameneyi böyük ehtimalla çox ağır vəziyyətdədir. Xameneyi sağ ola bilər, lakin ciddi yaralanıb” deyib.
Sosial şəbəkələrin İran seqmentində gedən müzakirələrdən belə aydın olur ki, Xamineyinin sağ olması yerli istifadəçilərdə şübhə yaradıb. Onlar iddia edirlər ki, Müctəba Xamineyi elə atası ilə birlikdə ilk bombardmanda həlak olub. Bu gün onun adından bəyanatların yayılmasını isə SEPAH özü həyata keçirir. Məqsəd isə rejim daxilində parçalanmanın qarşısını almaqdır.
Qeyd edək ki, Müctəba Xamineyi 15 gündən çoxdur ki, İranın ali dini lideri seçilib. Lakin həmin dövrdən bəri bir dəfədə olsun efirə çıxmayıb. Hətta ənənəvi Novruz müraciətini də yazılı formada yayıb. Tehran rəsmiləri bildirirlər ki, Xamineyinin görüntülü müraciət etməməsi, onun təhlükəsizliyin ilə bağlıdır.
Fərda Uğur









