İranın ABŞ ilə 14 maddəlik anlaşma MEMORANDUMU

İranın ABŞ ilə 14 maddəlik anlaşma MEMORANDUMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran media orqanı Vaşinqtonla 14 maddəlik anlaşma memorandumunu açıqlayıb.

Tribuna.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi “Mehr News” məlumat yayıb. Agentlik İran danışıqlar qrupuna yaxın mənbələrə istinadən Tehran və Vaşinqton arasında 14 maddəlik saziş layihəsinin təfərrüatlarını dərc edib.

Əsas müddəalara Livan da daxil olmaqla bütün cəbhələrdə daimi atəşkəs; dəniz blokadasının qaldırılması və İranın nəzarəti altında olan Hörmüz boğazının 30 gün ərzində yenidən açılması; İran ətrafında yerləşdirilən ABŞ qüvvələrinin geri çəkilməsi daxildir. Saziş həmçinin neft və neft-kimya sanksiyalarının dayandırılmasını, eləcə də Vaşinqton və müttəfiqləri tərəfindən maliyyələşdirilən ən azı 300 milyard dollarlıq yenidənqurma proqramını da əhatə edir.

Mətn həmçinin yekun nüvə sazişi və sanksiyaların tamamilə ləğvi üçün altmış günlük danışıqları nəzərdə tutur. Bu danışıqlarda İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərinin azad edilməsi yer alır.

Mətndə qeyd olunur ki, bunun müqabilində Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə (NPT) öhdəliklərini bir daha təsdiqləyəcək.