ABŞ-İran gərginliyi fonunda Tehranın ciddi silahlanmasına dair məlumatlar dövriyyəyə buraxılıb.
Tribuna.az xəbər verir ki, hazırda İranın nə qədər silaha malik olması məsələsi müzakirə edilir.
“İran İnternational” saytının yaydığı xəbərə görə, 12 günlük müharibəyə qədər İranın aresnanlında toplam 1800 ədəd ballistik raket olub. Nəşr iddia edir ki, hazırda bu rəqəm 3000-ə yaxındır. “Əgər İranın qarşısı alınmazasa, 2027-ci ildə 5000 ballistik raketə malik ola bilər”.
Qeyd edək ki, bu çox ciddi rəqəmdir. Bəzi ekspertlər bunun mümkün olmadığını, hətta şişirdildiyini bildirirlər. Onların sözlərinə görə, İranın hazırda ən yaxşı halda 300-400 ədəd ballistik raketi ola bilər.
Fərda Uğur









