ABŞ/İsrail-İran müharibəsi fonunda Tehranın silah arsenalının sürətlə tükəndiyi iddiaları yayılmışdı.
Tribuna.az xəbər verir ki, Mossad-ın məlumatlarına istinadən qeyd edilirdi ki, Tehranın istifadə edəcəyi raketlərin sayı 300-dən aşağı düşüb.
Dünən İran Müdafiə Nazirliyinin sözücüsü Rza Talaainik açıqlama yayaraq bildirib ki, onlar müharibəyə çox əvvəldən hazırlaşmağa başlayıblar. “İran hələ müharibədən əvvəl lazım olan raket və PUA ehtiyatları yaradıb. Bu gün bizim ehtiyatlarımız uzun müddət müharibə aparmaq üçün kifayət edir”.
İran rəsmilərindən biri isə “Axiso” saytına verdiyi açıqlamasında deyib ki, onların kifayət qədər silahları var. Hətta iddia edib ki, İran dayanmadan 10 il davamlı olaraq müharibə aparmaq imkanındadır. Və bunun üçün silahı da var.
Fərda Uğur









