İranı kim idarə edir?

İranı kim idarə edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar İranda hakimiyyətin kim və ya kimlərin əlində olması məsələsi geniş şəkildə müzakirə olunur.

Tribuna.az xəbər verir ki, mövcud Pezeşkian hökumətinin sadəcə görüntü olduğu, siyasi proseslərə təsir edə bilmədiyinə dair xeyli sayda deyimlər var.

Real vəziyyət belədir ki, ABŞ-la aparılan danışıqlarda İran prezidenti Məsud Pezeşkianın heç bir rolu olmadığı üzə çıxıb. Hətta İranda önəmli posta və gücə sahib olan Məhəmməd Baqer Qalibafın da danışıqlar prosesində kimlərləsə məsləhətləşdiyi aydın görünüb. Ona görə də, hazırda əsas sual budur ki, İranı kim idarə edir?

Ekspert Məhəmməd Cavad Əkbərin qeyd edir ki, Pezeşkian hökuməti artıq ölkəni idarə etmək iqtidarında deyil. Onun sözlərinə görə, əgər əvvəllər Pezeşkian hökuməti iqtisadi məsələlərə qarışa bilirdisə, indi həmin səlahiyyət də ondan alınıb.

Ekspert Morteza Kazemian isə hesab edir ki, İranda real hakimiyyət SEPAH və hərbçilərin əlindədir. O qeyd edib ki, faktiki qərarların verilməsini SEPAH həyata keçirir. “Bunun üçün onlar hökumətlə məsləhətləşmirlər də”.

Fərda Uğur