“Xameneinin ölməsini gözləməməliyik, dəyişiklik onun sağlığında baş verə bilər”.
Tribuna.az xəbər verir ki, bu sözləri iranlı siyasi məhbus Mustafa Taczadə deyib.
O bildirib ki, yeni birlik yaratmalı və onun üzərindən vahid şəkildə mübarizəyə başlamaq lazımdır. Taczadə hesab edir ki, İranda molla rejimini mütləq xalq dəyişməlidir. Əks halda, ciddi fəlakətlə üzləşməli olacaqlar. “Əgər İsrail və Amerika İrandakı rejimi devirməyə çalışsalar, fəlakət baş verəcək; istər məğlub olsunlar, istərsə də qalib gəlsinlər. Bu işi biz həyata keçirməliyik”.
Fərda Uğur









