İrandan etiraf: “Qonşularımıza qarşı ciddi səhvlər etmişik”

İrandan etiraf: “Qonşularımıza qarşı ciddi səhvlər etmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranda İslam İnqilabının başlanğıcından bəri bəzi qonşu ölkələrdə narahatlıq və qorxu yaradan səhvlərə yol verilib”.

Tribuna.az xəbər verir ki, bu sözləri İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.

O etiraf edib ki, indiyə qədər İran qonşu ölkələrdə zorla “islam inqilabı” etmək istəyib. “İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq və gücləndirməkdir. Qonşularımız əslində mərhəmətlə davranılmalı olan insanlardır. Biz ilk növbədə onların etimadını qazanmalı və münasibətləri genişləndirməliyik”.

Xərrazi qeyd edib ki, “İslam İnqilabını ixrac etmək” metodu səhv aparılıb: “İnqilabı zorla yaymaq mümkün deyil. Əsl məqsəd onun ideallarının başqalarının qəlbində yer tapması və onların inqilabın tərəfdarı olmasıdır”.

Fərda Uğur