İrandakı molla rejimi ABŞ-la mümkün toqquşmanın miqyasını böyütmək üçün bir sıra planlara malikdir.
Tribuna.az xəbər verir ki, bunu zaman içində Tehran rəsmilərinin verdiyi bəyanatlardan da aydın görmək olar.
Bir neçə gün əvvəl İranın dini lideri Əli Xamineyi ictimaiyyət qarşısındakı çıxışında bildirib ki, ABŞ hücum edərsə, bu, bütün regiona yayıla bilər.
Dünən isə SEPAH-ın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandir müavini Kiyomərs Heydəri məsələnin konturlarını bir qədər də “dəqiqləşdirib”. O bildirib ki, əgər Amerika İranın təhlükəsizliyini təhlükəyə atsa, regionda Amerika, İsrail və onlara kömək edən ölkələr üçün təhlükəsiz yer qalmayacaq. “Həmin ölkələrin hamısı bizim hədəfimiz olacaq”.
Qeyd edək ki, İran sağı-solu məlum olmayan bir rejimin nəzarəti altındadır. Bu ölkəni idarə edənlər hələ 12 günlük müharibə zamanı əsassız yerə Azərbaycanı ittiham edərək, İsrail PUA-larının guya, ölkəmizdən qalxdığını iddia edirdilər. Bu dəfə ABŞ-la müharibə olarsa, mollaların belə bir bəhanə axtarması qəribə bir şey olmayacaq. Yəni, Azərbaycana olan kinlərini bir şəkildə qusmağa çalışacaqlar.
Fərda Uğur









