Ötən günlərdə İranın XİN başçısı Abbas Ərqaçı Azərbaycana rəsmi səfərə gəlmişdi.
Tribuna.az xəbər verir ki, bu səfərdən sonra İrandakı anti-Azərbaycan qüvvələri yenidən baş qaldırıblar.
Bu qrupun son iddiası budur ki, guya, Əraqçının qarşılanmasında Azərbaycan tərəfindən yalnız Tehrandakı səfirimiz iştirak edib. Digər rəsmilər isə qarşılamaya qatılmayıblar. Bu iddianın müəlliflərindən biri ekspert Ehsan Movəhhediyandır. O özünün “X” platformasındakı səhifəsində yazıb ki, guya, Əraqçının Bakıya səfəri zamanı Azərbaycan hökumətindən hava limanına onu qarşılamağa gələn yeganə şəxs Bakının Tehrandakı səfiri olub. “Hətta Bakının Xarici İşlər Nazirliyinin baş idarə rəisi səviyyəsində belə, kimsə xoşgəldin demək üçün hava limanına getməyib. Bu soyuq qarşılamanın mənası və nəticələri tamamilə aydındır. İranın ləyaqətini qorumaq üçün daha çox çalışın!”
Lakin “Azad İran” səhifəsi məsələni araşdırıb və iranlı ekspertin yalanını çıxarıb. Məlum olub ki, Əraqçını Bakıda Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi Gürsel İsmayılzadə də qarşılayıb.
Fərda Uğur









