İranda yeni qisas qüvvələri peyda olub: “Garde Caved”

İranda yeni qisas qüvvələri peyda olub: “Garde Caved”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son baş vermiş haddisələrdən sonra ölkədə rejim qüvvələrindən qisas almaq üçün yeni qüvvənin meydana çıxdığına dair məlumatlar yayılıb.

Tribuna.az xəbər verir ki, “Garde Caved” adlanan bu təşkilat silahlıdır və əsas missiyası dinc etirazçılara atəş açan və əmr verənləri müəyyən edib, cəzalandırmaqdır.

Hərfi tərtcümədə “Şahın mühafizəçiləri” adlanan yeni təşkilatın üzvlərinin təkcə ölkə daxilində deyil, həmçinin xaricdə təlim görməsinə dair də iddialar var. Onların xüsusi təlim keçdiyi və xüsusi təyinatlılar kimi davrandığı da qeyd edilir.

“Garde Caved”in indiyə qədər bir neçə SEPAH zabitini öldürdüyü qeyd edilir. Bildirilir ki, qisas almaları səbəbindən yerli əhali də onlara dəstək verir.

Fərda Uğur