İranda artıq 17 gündür etiraz aksiyaları davam edir.
Tribuna.az xəbər verir ki, sosial tələblərlə başlayan proses artıq siyasi məzmun almağa başlayıb.
Belə ki, insanlar İranda mövcud rejimin getməsini tələb edirlər.
Lakin bu hadisələr fonunda maraqlı hadisə yaşanır. İrandakı mənbələrdən gələn xəbərlərə görə, aksiyaçılara atəş açanları müəyyən etmək və onları məhv etmək üçün aksiyaçıların təşəbbüsü ilə “qisas qurpları” yaradılıb. Belə ki, onlar aksiya iştirakçılarına atəş açan şəxslərin kimliyini müəyyən edir, ev ünvanını tapır və həmin şəxsləri elə evlərinin önündəcə qətlə yetirirlər. Bunu etirazçılara qarşı çıxanlara “ibrəti aləm olsun” deyə etdiklərini bildirirlər.
Qeyd edək ki, indiyə qədər bu yolla 40-a yaxın SEPAH, Bəsic və polis əməkdaşının qətlə yetirildiyinə dair məlumat var. Bundan başqa, 16 gün ərazində İranda 96 mollanın da öldürüldüyünə dair məlumatlar dolaşır.
Fərda Uğur









