İranda qəribə səssizlik: SEPAH-ın təlaşı nə ilə bağlıdır?

İranda qəribə səssizlik: SEPAH-ın təlaşı nə ilə bağlıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda ötən ilin 28 dekabrından başlayan və dəhşətli qətliamla yatırılan etirazlardan sonra qəribə səssizlik hökm sürür.

Tribuna.az xəbər verir ki, hazırda qonşu ölkədə hər hansı ciddi etiraz aksiyaları keçirilmir.

Lakin onların tam dayandığını da demək mümkün deyil. Bu gün də lokal aksiyalar var və o ayrı-ayrı şəhərlərdə, o cümlədən Tehranda da müşahidə edilir.

Amma faktiki səssizlik İrandakı mövcud rejimi ciddi şəkildə əndişləndirməyə başlayıb. Elə bu səbəbdəndir ki, bütün iri şəhərlərdə hərbi vəziyyət elan edilib və çoxsaylı hərbi qüvvələr yerləşdirilib.

Bu təlaşın səbəbsiz olmadığı və rejimin ciddi şəkildə çəkindiyini son hadisələrdə ümumiyyətlə iştirak etməyən şəhərlərə qoşun yerilməsi də təsdiqləyir. Məsələn, yanvar aksiyalarına qatıllmayan Təbrizə Tehrandakı qədər SEPAH və Bəsic qüvvələri yeridilib. Damlara silahlı hərbçiləri yerləşdirilib.

Bunun səbəbsiz olmadığı aydındır. Böyük ehtimalla İran rejimi ikinci dalğanın başlayacağını hiss edib. Və ya kəşfiyyat qurumlarının əlində bununla bağlı hansısa məllumatlar var. Əks halda belə böyük qüvvələri iri şəhərlərə yeritməyin hər hansı mənası olmazdı.

Bu səsizliyin pozulacağını təsdiqləyən bir neçə xəbər də ortaya çıxıb. Məlum olub ki, İranın ikinci ticarət və sənaye şəhəri olan İsfahanda etiraz aksiyalarına hazırlıqlar başlayıb. Bununla bağlı şəhərdə ciddi təbliğatın getdiyi də bildirilir. Hətta iş o yerə çatıb ki, SEPAH-a bağlı qüvvələr qapı-qapı düşərək əhalini təhdid etməyə başlayıblar. Onlar aksiyaya çıxanları ağır şəkidlə cəzalandıracaqları ilə hədələyirlər.

Məşhəd, Qorqan və daha bir neçə şəhərlərdə də analoji halların yaşandığı bildirilir. Qeyd edilir ki, İran şəhərləri dəfn prosesini yekunlaşdırdıqdan sonra yenidən etirazlara start verəcək. Elə yerli analitiklər də bu fikirdədir.

Onlar hesab edirlər ki, mövcud səssizliyi tufandan öncəki sakitlik kimi qəbul etmək olar.

Fərda Uğur