İranda parlament buraxıla bilər: İmza toplanılır

İranda parlament buraxıla bilər: İmza toplanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda davam edən etirazlar fonunda rejimin artıq iki yerə bölündüyü aşkar görünür.

Tribuna.az xəbər verir ki, SEPAH və mühafizəkarların dəstəyi ilə küçələrə çıxarılan insanların etirazları da təşkil olunmuş planın tərkib hissəsidir.

Lakin mühafizəkarlar ikinci bir “cəbhə” də açıblar. Məlum olub ki, İran parlamentində təmsil olunan mühafizəkar deputatlar spiker Məhəmməd Baqer Qalibafdan şikayətçi düşüblər. Onlardan biri Əbülfəzl Əbuturabi bildirib ki, bir sıra nümayəndələr parlamentin buraxılması məqsədi ilə imza toplayırlar. Bundan başqa, onlar iclasların keçirilməməsi səbəbindən Qalibafdan şikayət ərizəsi yazıblar.

Hadisələrin indiki gedişatı onu deməyə əsas verir ki, ABŞ-İran sazişi imzalansa belə, Tehran rejimi daxilindəki qarşıdurma səngiməyəcək. Prosesin parlamentin buraxılmasına gətirib çıxarma ehtimalı da böyükdür. Çünki hazırda İranda parlamentdə mühafizəkarlar üstünlük təşkil edirlər.

Fərda Uğur